Azərbaycanlı müğənni Elnarə Xəlilova da başına tac qoyub. Lent.az-ın məlumatına görə, müğənninin başına tac qoyması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Belə ki, bir çoxları müğənninin tac taxdığına görə xalq artisti İlhamə Quliyeva ilə qalmaqal yaşayacağını təxmin edib.
Xatırladaq ki, bu günə qədər bir çox müğənnilərin İ.Quliyeva ilə tac qalmaqalı olub. Xalq artisti icazəsiz tac taxdığına görə sonuncu dəfə müğənni Azəri Günel Zeynalovaya səslənmişdi: “Azərbaycanda hamı bilir ki, tacın sahibi İlhamədir. Şıltaqlığı getsin evində etsin, mənim üçün yox. Tac mənimlə gündəmdə olub. Mən tac taxandan sonra şou-biznesdə bir çox müğənnilər başlarına tac qoydular”.