15 yaşlı qız dəfn mərasimində  dirildi
13 oktyabr 2026 18:28 (UTC +04:00)

15 yaşlı qız dəfn mərasimində dirildi

0

Qvatemalada 15 yaşlı Yuleidy atasının onun öldüyünü güman etməsindən səkkiz saat sonra dəfn mərasimi zamanı özünə gəlib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qız tibb mərkəzinə gedərkən maşında özünü pis hiss edib. Yevangelist pastor olan atası onun nəbzini və nəfəsini yoxlayıb, lakin həyat əlaməti tapmayıb. Həkim onun ölümünü təsdiqləməyib və rəsmi ölüm şəhadətnaməsi verilməyib.

Qohumları evdə anım mərasimi keçiriblər. Qızın anası tabutun üzərinə əyilərkən içəridə hərəkət hiss edib. Ailə qapağı açıb qızın çıxmasına kömək edib.

"Sağ qaldığım üçün Allaha və valideynlərimə şükür edirəm", - Yuleydi deyib.

Məlumata görə, qız özünə gəlib və evdə bərpa prosesi keçirir. Qvatemala hakimiyyəti hələlik hadisə ilə bağlı şərh verməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar