İradə İbrahimovanın bacısı toy xəbərindən danışdı
02 avqust 2013 14:36 (UTC +04:00)

İradə İbrahimovanın bacısı toy xəbərindən danışdı

Müğənni İradə İbrahimovanın bacısı stilist-vizajist Nigar İbrahimova toy xəbərindən söz açıb. O, Lent. az-a  bildirib ki,  toy xəbəri şayiədən başqa bir şey deyil: “Ötən gün müsahibəmdə mənə sual ünvanlandı ki, ailə qurmaq fikriniz varmı? Mən də söylədim ki, hər bir qadın kimi mənim də arzum  var. Söylədim ki, hətta bir neçə namizədim də var. Onların içindən yalnız birini bəyənirəm. Amma toyun dəqiq vaxtı barədə söhbətimiz olmayıb. Çünki hələ o barədə danışıqlarımız olmayıb. İnşallah, bacım İradə Bakıya gəlsin, onunla birgə layihəmiz var. O layihəni gerçəkləşdirdikdən sonra bacımla məsləhət alacam. Amma hələ ki, ortada bir şey yoxdur”.

 

 

 

# 3899
avatar

Yalçın UĞUR

Oxşar yazılar