Lalə Məmmədova: “Bizim millət vəkilləri...”
17 iyul 2013 11:09 (UTC +04:00)

Lalə Məmmədova: “Bizim millət vəkilləri...”

 

 

Əməkdar artist Lalə Məmmədova yeni layihələr üzərində çalışır. Lent. az -ın məlumatına görə, müğənni musiqisi Novruz Aslana, sözləri Eldar Allahyaroğluna məxsus “Azərbaycan - Türkiyə” adlı kompozisiyasının klip çəkilişlərinə başlayıb. Klipin rejissoru Fuad Əlişov, operatoru Nadir Mehdiyevdir.

 

 

Müğənni kliplə bağlı təəssüratlarını Lent. az-la bölüşüb: “Bu mahnı mənə təklif olunanda çox sevindim. Çünki mahnını dərk edərək oxumaq adama əlavə bir stimul verir. Azərbaycan-Türkiyə arasında hər zaman dostluq əlaqələri möhkəm olub. Bizim millət vəkilləri N. Aslan və E. Allahyaroğlu bu mövzuya çox həssaslıqla yanaşıblar. Düşünürəm ki, uğurlu bir iş ərsəyə gəlib”.

 

 

# 2874
avatar

Yalçın UĞUR

Oxşar yazılar