Musa Musayevdən Şok açıqlamalar: “...gedib polisə təslim olmuşdum”
19 aprel 2013 10:19 (UTC +04:00)

Musa Musayevdən Şok açıqlamalar: “...gedib polisə təslim olmuşdum”

 

Musa Musayev son günlərdə gündəmdən düşməyən qalmaqalla bağlı açıqlama verib. Lent.az-ın məlumatına görə, dünən axşam ANS telekanalında “Şoubiz” verilişində çıxış edən müğənni söz-söhbətə səbəb olan ilk açıqlamasını təkzib edib: “Mənim adımdan yazılan bu xəbərlər şayiədir. Heç vaxt həyat yoldaşım Təranənin xəyanət etməsi və onu öldürmək istəyimlə bağlı açıqlama verməmişəm. Belə bir hadisə olmayıb. Əgər mən Təranəni yataqda başqası ilə tutsaydım, indi onu öldürmüşdüm. Özüm də gedib polisə təslim olmuşdum. Düzdür, biz indi ayrılmışıq. Amma mən o qədər qeyrətsiz deyiləm ki, buna yol verəm. Bu əxlaqsız xəbəri boş yerə yayıblar” .

 

 

Qeyd edək ki, ilk dəfə olaraq oxumeni.az saytında yayılan xəbərdə Musa Musayevin adından belə açıqlama yayılmışdı: “Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.

# 4010
avatar

Oxşar yazılar