Bir müddət öncə “Yaşıl teatr”da həyat yoldaşına “Həyatımsan ömrüm qədər” adlı konsert həsr edən müğənni Nadir Qafarzadə yaradıcılıq işlərindən söz açıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bu yaxınlarda pərəstişkarlarına gözlənilməz layihə təqdim edəcək: “Həyat yoldaşıma həsr etdiyim konsertimin səs-küyü səbəb oldu. Bir çoxları hətta sənət dostlarım fərqli, maraqlı addım atdığımı söylədilər. Amma ağız büzənlərdə tapıldı. Bu normaldır. Daim yaradıcılıq işlərimlə məşğulam. Buna görə də, söz-söhbətlər hər zaman olacaq. Bir neçə gün olar ki, Türkiyədən gəlmişəm. Paytaxta gələr-gəlməz Nabrana istirahətə yola düşdüm. Həm ziyarət, həm ticarət deyib, istirahət məkanında musiqi payımı orada istirahət edənlərlə bölüşdüm. Reper Dado ilə olan duetimi oxudum. Çıxışımız maraqla qarşılandı. Gecənin aparıcısı Xose Bernardo idi. Nabrandan Bakıya qayıtmaq istəmirdim. Amma “Azərbaycanın səsi” layihəsinin çəkilişləri üçün Bakıya qayıtmalı oldum. Bundan əlavə bir neçə gün sonra yeni mahnımı təqdim etməyi də düşünürəm”.

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01