Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Hindistanda keçirilən “Udbhav international Dance Carnival” festivalına qatılıb. Hazırda Hindistanda olan rəqqasə təəssüratlarını Lent.az-a bölüşüb: “Artıq bütün komanda heyətimizlə Hindistandayıq. Bizi burada çox yaxşı qarşıladılar. Bu gün festivalın açılışı olacaq. Bundan əlavə 6 qala konsert keçiriləcək. Burda Azərbaycan milli rəqslərinə xüsusi bir diqqət gördüm. Sözügedən festivalda Azərbaycandan savayı, Rusiya, Qırğızıstan, Bolqarıstan və bir sıra ölkələrdən iştirakçılar qatılıb. Azərbaycanı yalnız mən təmsil edirəm. Çox məsuliyyətli bir işin altına girmişəm. Çox həyəcanlı və sevincliyəm. Azərbaycanı tərk etdim. İnanıram ki, yaxşı nəticə ilə Azərbaycana qayıdacam”.

Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10