Rəqqasə Oksana 76 manat 40 qəpik ziyana düşdü – REPORTAJ
27 may 2013 17:15 (UTC +04:00)

Rəqqasə Oksana 76 manat 40 qəpik ziyana düşdü – REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, fanatları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

 

Oksana ilə görüşümüz ənənəvi alış-veriş etdiyi marketin qarşısında oldu. Söhbət əsnasında öyrənə bildim ki, nadir hallarda alış-verişə çıxır.

  


Marketə daxil oluruq. Bizi marketin rəhbərliyi qarşılayır. Çəkilişin nə məqsədlə olduğunu öyrənir, məmnuniyyətlə razılıq verir.

 

- Yalçın, bilirsən indi nə düşünürəm? Düşünürəm ki, mən nə alım? Axı yeməklə aram yoxdur? Amma bir şeyi dəqiq bilirəm ki, şirniyyatı çox alacam, şirniyyatla aram yaxşıdır. Hindistandan yeni gəlmişəm. Orada filimə çəkilirəm. Filmi çəkən rejissor mənə tapşırdı ki, 3-4 kiloqram arıqlayım. Amma guya kilo verirəm də... Arıqlamaq əvəzinə, kökəlmişəm. Sizdə məni bazarlığa çağırmısınız...İnanırsınız işlərim o qədər çoxdur ki, dincəlməyə belə vaxt yoxdur. Amma sənə söz verdiyimə görə, bu layihədə iştirak etməli idim. İndi bu çəkilişdən sonra, daha 3 çəkilişə gedəcəm. Ayın axırı, təxminən 25-26-ı Azərbaycanı tərk edəcəm. Hindistanda yarımçıq qalan işlərimi tamamlamalıyam.

 

 

Elə dediyi kimi də edir. Birinci keçirik şirniyyat satılan şöbəyə.

 

- Əsas çayla içməyə şirniyyat götürüm. Həmdə axşam qonaq getməliyəm. Orada nəsə alım.

 

 

Müxtəlif cür şirniyyat aldıqdan sonra, keçirik sular satılan bölməyə. Oradanda 2 ədəd mineral su, 2 ədəd də kompot alır. Daha sonra spirtli içki görüb, ağzın büzür...

 

- Yoxsa çəkilişə görə, içki almaqdan imtina edirsən?

 

- Yox ay Yalçın, nə içki? Mənim içki ilə əzəldən aram yoxdur. Heç sevmirəm də. Xoşlasaydım,  bunu açıq-aşkar deyərdim. Digərləri kimi süni olaraq nəsə söyləmərəm.

 

 

- Diqqət edirəm, məhsulların keyfiyyət nişanına o qədər də diqqət etmirsən...

 

 

- Bildiyim qədəri ilə hal-hazırda bazarlıq etdiyimiz məkan Azərbaycanda seçilən ticarət məkanlarındandır. Burada keyfiyyətsiz mal satılmz. İndi tələm-tələsik alış-veriş etdiyimə görə o qədərdə diqqət etməyə bilərəm. Amma məhsul seçəndə adətən diqqətliyəm. Sağlamlıq hər şeydən önəmlidir. Nəinki mən ,digər insanlara da tövsiyə verə bilərəm ki, bu amilə diqqətlə yanaşsınlar.

 

- Oksana, bəs reper Elşad Xose ilə evli olan zamanlarda evdə bazarlıq işinə kim baxırdı?

 

- Elşadla evli olduğum müddətdə alış-verişi özüm edirdim. Ona icazə vermirdim. Hər zaman özümə aid olan məhsulları özüm almağı xoşlamışam. Elə şeylər var ki, onu yalnız qadın özü baxmalı və almalıdır. Lakin Elşadla birlikdə alış-veriş etdiyimiz vaxtlar da olub. Amma bu barədə, yəni Elşad barəsində danışmayaq.

 

 

- Ən çox nəyə çox pul xərcləyirsən?

 

- Şirniyyata. Demək olar ki, şirniyyatsız bir günüm olmur.

 

- Bəs ən sevdiyin yemək hansıdı?

 

- Düyüdən hazırlanan yeməkləri, aşı çox sevirəm. Hansı ölkəyə səfər etməyimdən aslı olmayaraq, deyirəm ki, mənə aş gətirin.

 

- Ət məhsulları almaqdan imtina etdin. Niyə?

 

- Mən nə mal əti,  nə qoyun, nə toyuq, nə də balıq əti yeyirəm. Çünki evdə yeyən yoxdur. Alım qalsın soyuducuda? Arada kabab yeyirəm. O da çox nadir hallarda olur. Həm də pəhrizdəyəm axı. Çalışıram çox yemək yeməyim.

 

 ***

Keçirik meyvə-tərəvəz satılan şöbəyə. Buradan 2 kiloqram alma, 1 kiloqram banan və 1 kiloqram yarım çiyələk alırıq. Oradan isə uşaq oyuncaqları və yeməkləri satılan şöbəyə.

 

 

- Oksana, məncə burada sənə nəsə lazım deyil...

 

- Yox, lazımdı. Qardaşım uşaqlarına bir-iki oyuncaq və yemək alacam. Mən uşaq sevənəm. Artıq lazım olan məhsulları aldım məncə. Keçək parfümeriya satılan şöbəyə.

 

 

Oksana buradan saç şampunu, nəm salfet, üz geli, diş fırçası və pastası və yuyucu toz alıb, alış-verişi yekunlaşdırmağa qərar verir.

 

Bazarlıq edib, kassaya yaxınlaşarıq.

 

- Səncə bazarlığa nə qədər pul xərclədin?

 

- Dəqiq deyə bilmərəm. Görək nə qədər alınacaq, məni nə qədər ziyana saldın? (Gülür)

 

 

 

Kassir xanım malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır, ödənişi də nağd pulla edir.

 

***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 76 manat, 40 qəpik...

# 3570
avatar

Yalçın UĞUR

Oxşar yazılar