Müğənni Roza Zərgərli əməkdaşlıq etdiyi Türkiyənin “Dokkuz Sekkiz Muzik” musiqi şirkəti üçün fotosessiya etdirib. Müğənninin mətbuat katibi Lent.az-a bildirib ki, R,Zərgərlinin yeni şəkilləri “Oyuncaq” adlı mahnısının piarı üçün lentə alınıb. İfaçının obrazları üzərində stilist Sədi Əliyev və Ceyhunə Hacıyeva işləyib.
R.Zərgərli “Oyuncaq” adlı mahnını Türkiyənin tanınmış rok qrupu “Pankart” qrupu ilə ifa edib. Sözügedən bəstəyə klip təqdimatı bu yaxınlarda olacaq.
R.Zərgərlinin yeni fotosessiyasından bəzi şəkilləri təqdim edirik.