Vahid Mustafayev: "Ülvira baş redaktor olmayıb" - YENİLƏNİB
25 iyul 2013 13:20 (UTC +04:00)

Vahid Mustafayev: "Ülvira baş redaktor olmayıb" - YENİLƏNİB

 

Bir neçə ay əvvəl Anspress-ə baş redaktor təyin olunan Ulvira Qarayeva işdən qovulub.

“qafqazinfo” xəbər verir ki, iki gün əvvəl ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev iclas keçirib. İclasda işçilərə əsəbiləşən V. Mustafayev Anspress-ə bir neçə ay əvvəl baş redaktor təyin olunan Ulvira Qarayevanı işdən qovub. 

ANS prezidenti həmçinin televiziya əməkdaşlarını da sərt tənqid edib. Onun aparıcı və bir neçə gün əvvəl jurnalistlərə tikilən binadan mənzil verilən Qənirə Ataşovanın ünvanına sərt ifadələr işlətdiyi bildirilir. ANS rəhbərinin aparıcıya “satqın” dediyi də vurğulanır.

Qeyd edək ki,  Anspress-ə hələ ki, ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov nəzarət edir.

 

Lent. az məlumatı dəqiqləşdirmək üçün Ü.Qarayeva ilə əlaqə saxlayıb, o, məlumatdan xəbərsiz olduğunu söyləyib: “Mən işdən çıxmamışam, qovulmamışam. Xəbər yalandır. Əgər işdən çıxarmış olsaydılar, mənə deyərdilər. Hazırda işdəyəm”.

***

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “Qafqazinfo” ilə əlaqə saxlayıb. Şirkətin prezidenti deyib ki, Ulvira heç vaxt Anspress-də baş redaktor olmayıb. O, saytda menecer olub və layihəsi başa çatdığı üçün onunla əməkdaşlığa xitam verilib.

Qənirə Ataşova ilə bağlı məqama gəlincə isə V. Mustafayev bu informasiyanın doğru olmadığını qeyd edib.

 

# 4264
avatar

Yalçın UĞUR

Oxşar yazılar