Yaqub Zurufçunun həyat yoldaşı Lent.az-a DANIŞDI  -VİDEO
15 sentyabr 2021 14:07 (UTC +04:00)

Yaqub Zurufçunun həyat yoldaşı Lent.az-a DANIŞDI -VİDEO

“Mən çox təəssüf edirəm ki, Yaqub bəy bu gün belə  dəfn olunur. Neçə gündür ki, istər dövlət, istərsə də xalqdan dəstək görürəm. Təəssüf ki, pandemiya onun istədiyi kimi dəfn olunmağa imkan vermədi”.

Bu sözləri əməkdar artist Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu mərhum sənətçinin dəfni zamanı Lent.az-a açıqlamasında bildirib.

“Mən Yaqub bəy haqqında danışmaq üçün özümü çox cılız hesab edirəm. O böyük adam idi, bütün varlığı ilə Azərbaycana bağlı idi. Nə qədər Azərbaycan var, Yaqub bəy də var".

# 37506
avatar

Yalçın UĞUR

Oxşar yazılar