"Hürrəm Sultan" rolu ilə tanınan aktrisa Məryəm Uzerli növbəti fotosessiyasını gerçəkləşdirib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir neçə gün sonra ikinci dəfə ana olacaq 37 yaşlı aktrisa kameralar önündə müxtəlif pozlar verib.
Qeyd edək ki, aktrisanın keçmiş sevgilisi Can Ateşdən 6 yaşlı qızı var. O, yeni doğulacaq övladının yeni sevgilisindən olduğunu açıqlayıb.