Yıldız Tilbe Vəfa Şərifovanın yalanını İFŞA ETDİ : "Belə adam tanımıram"
30 yanvar 2026 22:03 (UTC +04:00)

Yıldız Tilbe Vəfa Şərifovanın yalanını İFŞA ETDİ: "Belə adam tanımıram"

1

Müğənni Vəfa Şərifova türkiyəli sənətçi Yıldız Tilbe ilə duet oxumaq müqabilində ona 100 min dollar ödədiyini, lakin buna baxmayaraq duet baş tutmadığını iddia edib.

Lent.az xəbər verir ki, bu iddiadan sonra Yıldız Tilbenin vəkili Handan Bakbak yazılı açıqlama yayaraq səsləndirilən fikirləri qəti şəkildə təkzib edib.

Açıqlamada bildirilir ki, Vəfa Şərifovanın televiziya proqramları və sosial şəbəkələrdə səsləndirdiyi iddialar həqiqətə uyğun deyil, əsassızdır və şəxsi reklam məqsədi daşıyır. Qeyd olunub ki, Yıldız Tilbenin adı çəkilən şəxslə heç bir əlaqəsi, ünsiyyəti, işgüzar əməkdaşlığı və ya görüşü olmayıb.

Vəkilin sözlərinə görə, müğənninin guya 100 min dollar aldığı və duetdən imtina etdiyi barədə deyilənlər uydurma və hüquqa ziddir, eyni zamanda Yıldız Tilbenin nüfuzuna və adına zərər vurmaq məqsədi daşıyır.

Açıqlamada vurğulanıb ki, bu iddialar hüquqi qiymət alacaq və məsələ qanun çərçivəsində araşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 260

Oxşar yazılar