"6 ay ömrü qalan" xərçəng xəstəsi bu adada 40 il yaşadı  - Həkimlər özləri öldülər
17 yanvar 2026 11:15 (UTC +04:00)

"6 ay ömrü qalan" xərçəng xəstəsi bu adada 40 il yaşadı - Həkimlər özləri öldülər

0

1976-cı ildə ABŞ-da yaşayan Stamatios Moraitisə əməliyyat olunmayan ağciyər xərçəngi diaqnozu qoyulub. Bir neçə amerikalı onkoloq müstəqil şəkildə şişin müalicəyə tabe olmadığını təsdiqləyib və xəstənin altı aydan artıq ömrü qalmadığını proqnozlaşdırıb. Moraitis aqressiv kimyaterapiyadan imtina edib və doğma yunan adası İkariyaya qayıtmaq qərarı verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, köçdükdən sonra o, həyat tərzini köklü şəkildə dəyişib. Fiziki əməklə məşğul olmağa başlayıb: tərəvəz yetişdirir, üzüm bağının qayğısına qalır, mütəmadi olaraq piyada gəzirdi. Stress səviyyəsinin azalması, yerli icmada aktiv ünsiyyət və Aralıq dənizi pəhrizi də mühüm rol oynayıb. Nəticədə onun sağlamlıq vəziyyəti tədricən yaxşılaşmağa başlayıb. İllər sonra artıq sağlam olduğu bir vaxtda Moraitis ABŞ-a səfər edib və vaxtilə ona diaqnoz qoyan həkimlərin artıq dünyasını dəyişdiyini öyrənib.

Bu hekayə uzunömürlülük fenomenini araşdıran tədqiqatçıların diqqətini çəkib. İkariya adası “mavi zonalar” adlanan, dünyada ömür uzunluğunun qeyri-adi dərəcədə yüksək olduğu bölgələr sırasına daxildir. Bu zonaları tədqiq edən “National Geographic” eksperti Den Byuttner Moraitisin sağalmasını həyat tərzinin, sosial mühitin və qidalanmanın kompleks şəkildə dəyişməsi ilə əlaqələndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar