ABŞ sperma donorundan 96 uşaq sahibi olan ata onları tapmaq qərarına gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Corciya ştatının sperma donorunda işləyən kişi işini atıb, övladlarını axtarmağa gedib. Bu barədə “LAD Bible” məlumat yayıb. 32 yaşlı proqramçı Dilan Stoun-Millerin 96 övladı var. Onların hamısı süni şəkildə doğulub və son vaxtlara qədər heç vaxt bioloji ataları ilə görüşməyiblər.
2020-ci ildə Stone-Millerin bioloji qızlarından birinin anası onu sosial media vasitəsilə tapa bilib. O zaman qızı Harper üç yaşında olub. Qızla görüşdükdən sonra kişi digər uşaqlarla münasibətləri yaxşılaşdırmağa çalışmalı olduğuna qərar verib.
Bunun üçün Stoun-Miller işini tərk edərək, öz əmanətindən maliyyələşdirdiyi uzun bir səyahətə çıxıb. 14,4 min kilometr yol qət edərək 25 bioloji övladını görüb.