Alimlərdən xəbərdarlıq - Yer kürəsi yaxınlaşan fəlakətlə üz-üzədir
16 oktyabr 2025 06:05 (UTC +04:00)

Alimlərdən xəbərdarlıq - Yer kürəsi yaxınlaşan fəlakətlə üz-üzədir

0

İstixana qazlarının davam edən emissiyası səbəbilə dəniz səviyyəsinin qalxması dünya üzrə sahilyanı şəhərlərin məhv olmasına gətirib çıxara bilər.

APA xəbər verir ki, bu, Kanadanın Makqill Universitetinin alimlərinin araşdırmasında öz əksini tapır.

“Müəyyən olunur ki, gələcəkdə dəniz səviyyəsi qalxacaq və bu da sahilyanı şəhərlərin getdikcə daha çox su altında qalmasına səbəb olacaq”, — materialda qeyd olunur.

Alimlərin gəldiyi nəticəyə əsasən, Afrikada, Cənub-Şərqi Asiyada, Cənubi və Mərkəzi Amerikada sahilyanı şəhərlərin tikililəri daha yüksək risk zonasındadır.

Araşdırma göstərir ki, 2100-cü ilə qədər dəniz səviyyəsi 20 metr yüksəldiyi halda, araşdırılan ərazidəki 840 milyon tikilidən 136 milyonu zərər görə bilər.

Bu binaların çoxu sıx məskunlaşmış düzənlik ərazilərdə yerləşdiyi üçün limanlar, infrastruktur və mədəni irs obyektləri də təhlükə altına düşə bilər.

Tədqiqat müəlliflərinin fikrincə, aparılan hesablamalar memarlar, planlaşdırıcılar və inşaatçılar üçün mühüm məlumat təqdim edir.

Onlar bu nəticələri nəzərə alaraq gələcəkdə zərəri minimuma endirə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar