Beş “2”nin sirri, Trampın karlığı, Putinin isə... - Vanqanın açıqlanmayan proqnozları 
09 fevral 2021 19:35 (UTC +04:00)

Beş “2”nin sirri, Trampın karlığı, Putinin isə... - Vanqanın açıqlanmayan proqnozları 

Bu günədək bolqar görücü Vanqanın bir çox proqnozları yayımlanıb. Onların böyük əksəriyyəti öz təsdiqini tapıb.

Lent.az xarici mediaya istinadla Vanqanın bu günədək açıqlanmayan öncəgörümlərini təqdim edir: 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çox kədərli bir nəticə ilə üzləşəcək.
 
2021-ci ildə 45-ci Amerika liderinin əsrarəngiz bir xəstəlik üzündən eşitmə qabiliyyətini itirəcəyini və beyin travması alacağını təxmin etmişdi.
 
Vanqa 2021-ci ildə kiminsə Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd etməyə cəhd göstərəcəyini də proqnozlaşdırıb.
 
Vanqanın başqa bir proqnozu hər kəsə aiddir. Bolqar görücü 2021-ci il fevralın 22 tarixindən qorxmağa çağırıb. Bu günün ölümcül olacağını və əhəmiyyətli dəyişikliklərlə yadda qalacağını iddia edib.
 
Fevralın 22-də bütün dünya üçün böyükmiqyaslı və qlobal əhəmiyyət kəsb edən hadisələr istisna deyil. O, 5 “2”nin (22.02.2021 tarixindəki “2”lər nəzərdə tutulur) bəzi insanların həyatını dəyişdirəcəyi bildirib.

Vanqanın çoxdan bəri bilinən bir sıra proqnozlarını da xatırlayaq.
 
Bolqar görücü "şüalardan gələn xəstəlik"in ortaya çıxacağını proqnozlaşdırırdı. Alimlər 5G qüllələrinin fəaliyyətinin nəticələrindən bəhs edildiyinə inanırlar.
 
Vanqa okeanın o tayında yaşayan bütöv bir xalqın su basması nəticəsində Yer üzündən yox olacağını da proqnozlaşdırırdı.
 
O, inanırdı ki, yaxın gələcəkdə Çin dünyanı idarə edəcək və valyutaları dünyada əsas pul vahidi olacaq.

# 5781
avatar

Oxşar yazılar