Bu 4 tarixdə  doğulan insanlar inanılmaz intellektə  malikdirlər
11 avqust 2025 12:17 (UTC +04:00)

Bu 4 tarixdə doğulan insanlar inanılmaz intellektə malikdirlər

Numeroloq və astroloqların fikrincə, bəzi doğum tarixləri insanların yüksək intellektə malik olma ehtimalının daha çox olduğunu göstərir. Parade nəşrinin yazdığına görə, hər bir insanın özünəməxsus güclü və zəif tərəfləri olsa da, müəyyən tarixlərdə doğulanlar daha çox öyrənmək qabiliyyəti, hazırcavablıq və intellektual bacarıqları ilə seçilirlər.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İntellektual baxımdan ən parlaq sayılan doğum tarixləri bunlardır:

4
Ayın 4-ü doğulan insanlar praktik, məntiqi və sistematik düşüncə tərzinə malikdirlər. Həm gündəlik, həm də çətin problemlərin öhdəsindən gəlmə qabiliyyəti ilə fərqlənirlər. Güclü yaddaşa və təşkilatçılıq bacarığına malik bu şəxslər “universal düşünürlər” kateqoriyasına daxildir.

5
5 rəqəmi dəyişiklik, yenilikçilik və yaradıcılıqla əlaqələndirilir. Bu tarixdə doğulanlar hadisələrin qabağını görmək, tez öyrənmək və yeniliklərə uyğunlaşmaq baxımından seçilirlər. Onlar yeni bilik və bacarıqları sürətlə mənimsəyirlər və həyatda tez-tez uğur qazanan insanlar olurlar.

16
1 və 6 rəqəmlərinin cəmi 7-dir və bu da numerologiyada dərin təfəkkür və intuitivliklə əlaqələndirilir. 16-sı doğulanlar müşahidəçi, özünü təhlil etmə bacarığı olan, gizli həqiqətləri öyrənməyə meyilli insanlardır. Bu xüsusiyyətlər onları həm real, həm də metaforik mənada “detektiv” edir.

30
Ayın 30-da doğulanlar məqsədyönlü düşünürlərdir, nəticəyönümlü yanaşma tərzinə sahibdirlər. Onlar yüksək sosial intellektə malik olub, ətrafdakı insanlara qarşı diqqətlidirlər. Natiqlik, cazibə və pozitiv xasiyyətləri sayəsində insanlar arasında tez qəbul olunurlar. Əlaqə qurmaq və liderlik qabiliyyətləri onların zəkanın göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar