Dünyada mehribanlığın çatışmadığı bir vaxtda, məhz bu insanlar ətrafı bir qədər də olsa daha isti və mehriban edə bilirlər. Numeroloqlar hesab edir ki, ayın müəyyən dörd günündə – 7-si, 13-ü, 15-i və 29-u – anadan olanlar doğuşdan empatiya qabiliyyətinə və başqalarına qarşı dərin mərhəmət hissinə malik olurlar.
Lent.az xarici mediaya istinadla xəbər ki, bu tarixlərdə doğulan insanlar ətrafdakıların sevincini, kədərini və ağrılarını öz hissləri kimi duyurlar və çox vaxt fərqinə varmadan “ruh həkimləri”nə çevrilirlər.
7-si
Nəyin təsiri altında: Neptun
Bu gün doğulanlar həssas və güclü intuisiya sahibi olurlar. Başqalarının emosiyalarını sanki telepatik şəkildə hiss edirlər. Enerjilərini bərpa etmək üçün tez-tez təkliyə ehtiyac duyurlar. Onların varlığı sakitləşdirici təsir bağışlayır - ürəkdən dinləməyi bacaran insanlardır.
13-ü
Nəyin təsiri altında: Uran
Uran üsyan və azadlıq planetidir. Bu tarixdə doğulanlar cəmiyyət tərəfindən anlaşılmayan və ya kənara itələnən insanlara qarşı dərin empatiya göstərirlər. “Hamıdan fərqli” olanlara dəstək verir, onları qorxmadan özləri olmağa ilhamlandırırlar.
15-i
Nəyin təsiri altında: Venera
Bu gün dünyaya gələnlərdə zəriflik, cazibə və harmoniya yaratmaq bacarığı güclüdür. Onlar təbii sülhpərvərlərdir, gərginliyi yumşaltmağı və insanlara sakitlik bəxş etməyi yaxşı bacarırlar. Onlara hətta tanımadıqları insanlar belə tez etibar edir.
29-u
Nəyin təsiri altında: Ay
Ay bu insanlara güclü intuisiya, diqqət və qayğıkeş enerji bəxş edir. Dünyanı ürəkləri ilə dərk edirlər və çox vaxt başqalarına ruhani bələdçi olurlar. Onların məsləhətləri səmimi, yumşaq və təəccübləndirəcək dərəcədə dəqiq olur.