Bu 5 şeyi yuxuda görməyimiz  mümkün deyil
26 noyabr 2025 15:28 (UTC +04:00)

Bu 5 şeyi yuxuda görməyimiz mümkün deyil

0

Biz yuxularda uçmağı, təhlükədən qaçmağı və bəzən hətta imtahana şalvarsız gəlməyi görməyə alışmışıq. Lakin elə şeylər var ki, beynimiz yuxuda onlardan davamlı şəkildə qaçır və bu təsadüf deyil.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, gündə bir neçə saat telefon istifadə etməyimizə baxmayaraq, yuxuda onu görmək demək olar ki, mümkün olmur.

Alimlər yuxularda demək olar ki, rast gəlinməyən beş hadisəni açıqlayıblar: ağıllı telefonlar, yazılı mətn, rəqəmlər, qoxular və insanın öz əksi. Bunun səbəbi beynin yuxu zamanı necə işləməsi ilə bağlıdır.

Telefonlar  həyatımızın böyük hissəsi, lakin yuxuların deyil

Yuxular adətən real həyatımızı əks etdirir. Lakin 16 mindən çox yuxunun təhlili göstərib ki, telefonlar cəmi 3 faiz yuxuda peyda olur. Müqayisə üçün: avtomobillər -  9 faiz.

Mütəxəssislər bunu “təhlükələrin modelləşdirilməsi nəzəriyyəsi” ilə izah edirlər: beyin yuxularda bizi min illər boyu mövcud olmuş təhlükələrə ilanlara, tufanlara, vəhşi heyvanlara hazırlayır. Telefonlar isə həyatımıza çox sonralar daxil olub.

Mətn və rəqəmlər – beynin çətinlik çəkdiyi üçün sadələşdirilir

Yuxuda demək olar ki, oxumaq mümkün deyil. Yazılar və ya məktublar görünəndə onların əksəriyyəti mənasız işarələrə bənzəyir. Bunun səbəbi odur ki, yuxu zamanı beynin yüksək nitq bölgələri daha az aktiv olur. Rəqəmlərə də eyni hal aiddir, tanış rəqəmlər və hesablama tapşırıqları çox vaxt dəyişilmiş və ya tanınmaz formaya düşür.

Dad və qoxular – yuxularda demək olar ki, yoxdur

Araşdırmalar göstərir ki, insanların yalnız 1 faizə yaxını yuxuda dad və ya qoxu hiss edir. Alimlər bunu belə izah edirlər: beyin bu hissləri yuxulara çox nadir hallarda daxil edir, çünki onlar süjetə mühüm emosional təsir qatmır.

Öz əksimiz – bildiyimiz kimi deyil

Yuxuda güzgüyə baxmaq mümkündür, lakin orada çox vaxt özünüzü görməyəcəksiniz. Əksiniz dəyişdirilmiş, tanınmaz və ya fantastik bir versiya ola bilər. Alimlər deyir ki, beyinə real siqnallar olmadan insanın özünü tam şəkildə canlandırmaq çətindir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar