Bu ölkədə kitab oxuyanların  həbs müddəti azaldıla bilər
07 sentyabr 2025 16:53 (UTC +04:00)

Bu ölkədə kitab oxuyanların həbs müddəti azaldıla bilər

0

Özbəkistan Senatı xüsusi siyahıdan kitab oxumağa görə məhkum edilmiş şəxslərin həbs müddətinin azaldılmasını nəzərdə tutan qanunu təsdiqləyib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidmətinin bəyanatından məlum olub.

Sənədə əsasən, ölkənin Cinayət Məcəlləsinə islah yoluna qədəm qoymuş məhkumların cəzasının azaldılması imkanını nəzərdə tutan yeni maddə daxil edilir.

Həvəsləndiricilərdən biri məhkumların təsdiq edilmiş ədəbiyyatı oxumasıdır, bundan sonra:

• hər oxunan kitab üçün müddət 3 gün azaldıla bilər;

• lakin ildə 30 gündən çox olmamalıdır.

Ədəbiyyatı özünüz seçə bilməyəcəksiniz. Kitabları Respublika mənəviyyat və maarifçilik mərkəzi təsdiqləyib. Yekun qərarı Komissiya verəcək.

Həmçinin qeyd olunub ki, bu tədbir ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər istisna olmaqla, yalnız şərti olaraq vaxtından əvvəl azad olunmaq hüququ olan şəxslərə şamil edilir. 

Qanunvericiliyə edilən bu dəyişikliklər 13,5 mindən çox məhkuma şamil ediləcək.

Mütəxəssislər həbsxanalarda maarifləndirmə işinin səmərəliliyinin artırılmasını və cinayətlərin təkrarlanmasının qarşısının alınmasını gözləyirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar