Çayın dadı çay kollarının kökündəki bakteriyalardan asılıdır
01 mart 2024 23:11 (UTC +04:00)

Çayın dadı çay kollarının kökündəki bakteriyalardan asılıdır

Çinin Fujian Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Universitetinin alimləri aşkar ediblər ki, çayın dadına çay kollarının kökündəki xüsusi mikroblar tərəfindən ammonyakın sorulması təsir göstərir.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər bir neçə növ çayın dad keyfiyyətlərinin müqayisəli təhlilini aparıb və çay bitkilərinin köklərinin mikrob tərkibini təhlil ediblər. Onlar tapdılar ki, çay köklərindəki torpaq mikrobları kolun ammonyakı udmasına təsir göstərir və bu da öz növbəsində teanin adlı amin turşusunun sintezinə səbəb olur. Tədqiqatçıların fikrincə, içkiyə zəngin və xoş dad verən məhz budur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3267
avatar

Oxşar yazılar