Çinlilər Marsda atmosfer tərəfindən doldurulan batareya  hazırladı
13 oktyabr 2024 01:11 (UTC +04:00)

Çinlilər Marsda atmosfer tərəfindən doldurulan batareya hazırladı

Çin alimləri Marsda atmosfer tərəfindən şarj olunan batareya hazırlayıblar.

Lent.az xəbər verir ki, Çinli alimlərin Marsın atmosferi ilə doldurula bilən və Marsın sərt şərtlərinə dözə bilən bir batareya hazırladıqları bildirilir.

“South China Morning Post” qəzetinin məlumatına görə, Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları, hazırlanmış batareyanın 1350 saatdan çox (iki Mars ayı) işləyə biləcəyini açıqlayıblar.

Batareya sıfırdan 60 dərəcəyə qədər olan şəraitdə gecə-gündüz işlək qala bilir. Yeni hazırlanmış batareya adi batareyalar kimi enerji saxlamasa da, davamlı olaraq kimyəvi maddələrlə reaksiyaya girərək elektrik enerjisi istehsal edə bilir, günəş və nüvə enerji mənbələri ilə doldurula bilir.

Çin Elm və Texnologiya Universitetinin tədqiqatçısı Xiao Xu, batareyanın işləmə üsulu ilə bağlı verdiyi açıqlamada, onun Marsın atmosferindəki karbon qazı, oksigen və karbon monoksitdən "enerji" olaraq istifadə edə biləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421
avatar

Oxşar yazılar