COVİD peyvəndini tapanlara NOBEL MÜKAFATI VERİLDİ
02 oktyabr 2023 14:17 (UTC +04:00)

COVİD peyvəndini tapanlara NOBEL MÜKAFATI VERİLDİ

Bu gün İsveçdə Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi elan olunub.

Lent.az xəbər verir ki, Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən elan edilib.

Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatına Katalin Kariko və Drew Weissman layiq görülüb. Onlar bu mükafata COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazasının modifikasiyası ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Qeyd edək ki, Katalin Kariko RNT mexanizmləri üzrə ixtisaslaşmış macar biokimyaçıdır. Drew Weissman isə həkim-alim və biokimyaçı, RNT tədqiqatlarına verdiyi töhfələrlə məşhurdur.

# 2355
avatar

Fidan İlqar

Oxşar yazılar