CV yazarkən mütləq bunlara diqqət edin -Mütəxəssis DANIŞDI
29 yanvar 2021 16:58 (UTC +04:00)

CV yazarkən mütləq bunlara diqqət edin -Mütəxəssis DANIŞDI

Kaliforniyada yerləşən bir şirkətin İnsan Resusları Mərkəzinin rəhbəri Korn Ferry 20 illik iş təcrübəsində 7.643 çox CV –yə baxdığını qeyd edir. Bu illər  ərzində yalnız bir dəfə heç bir səhv olmayan, səmimi və sadə yazılan CV ilə qarşıladığını bildirir. Korn dərhal həmin şəxsi şirkətə işə dəvət etdiyini etiraf edib.

Lent.az xarici KİV-ə istinadən Korn Ferrynin düzgün CV-nin yazılmasında önəmli olan hissələri təqdim edir:

Sizi qarşı tərəfə ilk öncə təqdim edən fotodur. Bu hissəni heç vaxt boş saxlamayın.

Sadə, asan və oxunması rahat CV sizin haqqınızda ilk addımda müsbət fikir yarada bilər.

Çalışdığınız keçmiş şirkətlərdən və karyera xronologiyanızdan bəhs edərkən sanki qısa hekayə yazırmış kimi qeyd edin. Unutmayın, CV tərcümeyi-hal deyil.

CV –də yalnız üzərinizə götürəcəyiniz məsuliyyətdən əlavə, uğurlarınızı da qeyd edin.

Həddindən artıq iddialı cümlələr yazmaq məsləhət görülmür.

Yalnız işə aid olan məqamları qeyd edin. Yersiz detallara və təfsilatlara yol verməyin.

# 3276
avatar

Nigar Adil

Oxşar yazılar