Dünyanın  çılpaq gedilə   bilən ən yaxşı çimərlikləri - SİYAHI
02 iyun 2023 19:01 (UTC +04:00)

Dünyanın çılpaq gedilə bilən ən yaxşı çimərlikləri - SİYAHI

Nudistlər üçün dünyanın ən yaxşı çimərlikləri açıqlanıb. Florida ştatının Mayami şəhərindəki Haulover Beach Parkı dünyanın ən yaxşı nudist çimərliyi seçilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinq "Pour Moi" alt paltarı brendinin apardığı araşdırma əsasında hazırlanıb.

Burada çılpaq günəş vannası qəbul etməyə icazə verilən dünyada yüzlərlə çimərliklərin icmallarından əldə edilən məlumatlar qiymətləndirilib.

Çılpaq günəş vannası qəbul edənlərin sayına görə ilk 10 ölkə...

Aaraşdırmanın nəticələrinə görə, İspaniya və Yunanıstan çılpaq günəş vannası qəbul etməyi sevənlər üçün dünyanın ən yaxşı ölkələri sırasındadır: İspaniyada dörd, Yunanıstanda üç yer nudistlər üçün ən yaxşı 20 çimərlik sırasında yer alıb. Həmçinin, kifayət qədər gözlənilməz yerlər reytinqə daxil edilib. Məsələn, Riqadakı Veçaki çimərliyi (Latviya) və Torontodakı (Kanada) Hanlan Point Beach, burada olduqca sərin - onlar 14-cü yeri bölüşüblər.

Nudistlər üçün dünyanın ən yaxşı 10 çimərliyi

1. Haulover Beach Park, Florida, ABŞ (100 baldan 97 bal).

2. Tambaba çimərliyi, Braziliya (76/100)

3. Qırmızı çimərlik, Santorini, Yunanıstan (70/100).

4. Patara çimərliyi, Türkiyə (69/100).

5. Playa de los Muertos, İspaniya (67/100)

6. Playa Zipolite, Meksika (66/100)

7. Es Trenc, Mayorka, İspaniya (64/100.

8. Praia do Abrico, Braziliya (63/100)

9. Banana Beach, Yunanıstan (54,9/100)

10. Paradise Beach, Mykonos, Yunanıstan (54,7/100).

Həmçinin araşdırma çərçivəsində məlum olub ki, hansı ölkə sakinləri daha çox çılpaq halda günəş vannası qəbul etməyi xoşlayırlar. Bunun üçün "Google" axtarış məlumatlarından istifadə edilib, müəyyən bir ölkədən olan istifadəçilər çılpaq qalmağa icazə verilən çimərliklər haqqında məlumat axtarır, bu məlumatları əhali ilə müqayisə edirlər.

Çılpaq günəş vannası qəbul edənlərin sayına görə ilk 10 ölkə

1. Avstraliya.

2. Yeni Zelandiya.

3. Hollandiya.

4. Kanada.

5. İrlandiya.

6. ABŞ.

7. İspaniya.

8. Böyük Britaniya.

9. Litva.

10. İslandiya.

# 5748
avatar

Fidan İlqar

Oxşar yazılar