Hər bir ev nömrəsi insanın ehtiyaclarına görə fərqli güclü və zəif tərəflərə sahib olur. Lakin bəzi rəqəmlər daha uğurlu sayılır və ənənəvi olaraq evdə pozitiv enerji, harmoniya və maddi rifahla əlaqələndirilir.
Lent.az xəbər verir ki, numeroloqların fikrincə, ev mühitini daha ideal edən 4 nömrənin hansılar olduğunu yazıb.
2 nömrəli ev - tərəfdaşlıq, romantika və sülh
Numeroloqların fikrincə, 2 rəqəmi münasibətlərə yönəlmiş enerji daşıyır. Bu ev nömrəsi xüsusilə kompromisə açıq olan, harmoniyada yaşamaq istəyən cütlüklər üçün ideal sayılır. Belə məkanda sakitlik və qarşılıqlı anlayış ön planda olur, bu da lazımsız münaqişələrin qarşısını almağa kömək edir.
3 nömrəli ev - sevinc və yaradıcılıq
Əgər siz ilham, kreativlik və təbii şans axtarırsınızsa, 3 nömrəli ev yaxşı seçim ola bilər. Mütəxəssislər bildirirlər ki, bu rəqəm uğur gətirir, sosial əlaqələrin genişlənməsinə və ümumi pozitiv əhvalın formalaşmasına kömək edir. Belə evdə yaşayan insanlar daha çox motivasiya hiss edə, yeni tanışlıqlar qura və ünsiyyət bacarıqlarını inkişaf etdirə bilərlər.
6 nömrəli ev - harmoniya, ailə və aidiyyət hissi
Numerologiyada 6 rəqəmi ev rahatlığı və ailə xoşbəxtliyi ilə əlaqələndirilir. Bu nömrə uşaqlı ailələr, yaxınlarını tez-tez qonaq edənlər və isti, mehriban mühit yaratmaq istəyənlər üçün “ideal ev enerjisi” kimi qəbul olunur. Burada insanlar özlərini daha güvənli və rahat hiss edə bilirlər.
8 nömrəli ev - bolluq və uğur
8 nömrəli ev isə maddi uğur və nəticə əldə etmə enerjisi ilə tanınır. Bu rəqəm karyera yüksəlişi, tanınmaq və maliyyə baxımından güclənmək istəyən insanların diqqətini daha çox çəkir. Numeroloqlara görə, bu evdə yaşayanlar güclü maliyyə impulsu hiss edə və daha çox qazanc imkanları ilə qarşılaşa bilərlər.
Ev nömrəniz bu siyahıda deyilsə, nə etməli?
Mütəxəssislər bildirirlər ki, ev nömrəniz bu rəqəmlər arasında olmasa belə, məkanınızda pozitiv enerjini artırmaq mümkündür. Bunun üçün açıq çəhrayı və mavi kimi sakitlik yaradan rənglərdən istifadə etmək, mebelləri daha rahat yerləşdirmək və evdə enerji təmizliyi kimi üsullara diqqət yetirmək tövsiyə olunur.