Evli rus hokkeyçinin otağında  sərxoş ukraynalı qız
28 aprel 2023 19:03 (UTC +04:00)

Evli rus hokkeyçinin otağında sərxoş ukraynalı qız

“Sietl”lə seriyanın 3-cü oyunundan əvvəl rusiyalı hücumçu Valeri Niçuşkin heyətdən çıxarılıb. Bununla bağlı yeni detallar açıqlanıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, oyundan sonra “Kolorado”nun baş məşqçisi Cared Bednar Niçuşkinin şəxsi səbəblərə görə oyunu buraxdığını söyləyib. Sonrakı günlərdə ondan mütəmadi olaraq Valerinin statusu ilə bağlı sual verilib, lakin mütəxəssis konkret heç nə deməyib.

Onun bu mövzuda danışmaq istəmədiyi aydın idi. Klub, ümumiyyətlə, bu vəziyyətdə özünü çox qəribə aparıb, heç nə izah etməyib. Bu arada Niçuşkin komandanın ən vacib oyunçularından biridir. 

Jurnalistlər sonradan qeyri-rəsmi məlumat verdilər: oyunçu təhlükəsizlik xidmətinin müşayiəti ilə oteli tərk edib, hokkeyçi istənilən vaxt seriala qayıda bilər.

TSN insayderi Frank Seravalli daha sonra "alkoqolla bağlı insident olduğunu" bildirib. Eyni zamanda əlavə edib: "Nəsə baş verir, dəqiq nə olduğunu bilmirəm."

Aprelin 27-də isə yeni detallar ortaya çıxıb. “The Denver Post” Sietl polisinin hesabatına istinadən yazıb ki, üçüncü oyundan əvvəl Niçuşkinin otağında sərxoş qız tapılıb və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olub.

Komanda üzvləri onu xokkeyçiyə baş çəkmək üçün gələn zaman Seattle şəhərinin mərkəzindəki “Four Seasons” hotelində bir otaqda tapıblar. 28 yaşlı qız o qədər sərxoş olub ki, komandanın həkimi onu xəstəxanaya göndərmək üçün 911-ə zəng edib.

“Post”un adını çəkmədiyi qız Rusiyadan olduğunu və Ukraynada doğulduğunu deyib və əlavə edib ki, ABŞ-a gəlməməli idi və onun pasportunu hansısa oğlan götürüb.

Komandanın həkimi Niçuşkinlə bu qadının qohumluq əlaqələrindən xəbərsiz olub. Hər üçü (qız, həkim və Valeri) polis hesabatında “iştirak edənlər” kimi göstərilib, lakin materiallarda heç vaxt Niçuşkinə istinad edilmir.

# 2115
avatar

Oxşar yazılar