Gecələr insanları yemək yeməyə nə vadar edir? - CAVAB
22 may 2023 12:36 (UTC +04:00)

Gecələr insanları yemək yeməyə nə vadar edir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu gecələr yemək yeyən insanlarla bağlıdır.

Maraqlıdır, bəzi insanlar gecələr niyə yemək yeyir?

Lent.az-ın məlumatına görə, həkim-mütəxəssis Rebekka Piblsinb bildirir ki, gecələr yemək yeyən insanların digərlərinə nisbətən daha çox ruhi xəstəliklərlə üzləşir.

Onun sözlərinə görə, “gecə yeməyi” sindromu olan insanın təkcə axşam və ya gecə yemək yeməsi ilə deyil, həm də yeməksiz yata bilməməsi, səhər yemək yemək istəməməsi vərdişləri də olur:

“Gecə yemək sindromu olan bu insanlar yemək üçün yuxudan oyanır və sonra heç nə olmamış kimi yatırlar. Bundan əlavə, anoreksiya və diqqət çatışmazlığı, hiperaktivlik pozğunluğunun gecə yeməkləri ilə birbaşa əlaqəli olduğu ortaya çıxıb”.
 

# 3525
avatar

Arzu Qurbanlı

Oxşar yazılar