İki ildən sonra kosmosdan Yerə enerji  ötürməyə başlayacaqlar
07 iyun 2023 10:41 (UTC +04:00)

İki ildən sonra kosmosdan Yerə enerji ötürməyə başlayacaqlar

Yaponiya kosmosa yerləşdirilən günəş panellərindən enerji ötürmək üçün proqram üzərində işləyir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, layihə dövlət dəstəyi ilə özəl şirkətlər tərəfindən həyata keçiriləcək.

Layihə mikrodalğalı diapazonda enerjini Yerə ötürəcək kiçik orbitli peykləri əhatə edəcək.

Enerjinin kosmosdan Yerə ötürülməsinə hələ 2025-ci ildən başlamaq planlaşdırılır.

Yapon alimləri bu sahədə hələ 2015-ci ildə, 1,8 kVt güc ötürə bildikləri zaman bir irəliləyiş əldə ediblər. Amma o zaman məsafə cəmi 50 metr idi. İndi biz yüzlərlə kilometr məsafədən danışılır.

Bununla belə, günəş enerjisinin birbaşa kosmosdan ötürülməsi texnologiyasının kütləvi istehsal olunacağı ehtimalı yoxdur. Çünki orbitdə cəmi 1 QVt enerji istehsal etmək üçün təxminən 7 milyard dollar xərcləmək lazımdır və onlardan neçəsinin çatdırıla biləcəyi bəlli deyil.
 

# 1359
avatar

Sevinc Fərid

Oxşar yazılar