İkinci Dünya Müharibəsinə aid BUNKER TAPILDI
02 iyun 2023 15:39 (UTC +04:00)

İkinci Dünya Müharibəsinə aid BUNKER TAPILDI

Arxeoloqlar İkinci Dünya Müharibəsi zamanı insanı şoka salan, ürpertici bunker aşkar ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu faciəvi yerdə 12 minə qədər insan ölüb.

Çində alimlər bunker və birlikdə 371-ci dəstənin ən böyük sınaq meydançasını tapdılar. Bu, Yapon İmperiyasına məxsus bir bölmədir. İkinci Dünya Müharibəsi zamanı insanı şoka salan təcrübələr aparmağa başlayandan sonra məşhurlaşıb.

Bu gizli yeraltı bunkerin divarları 1931-ci ildən 1945-ci ilə qədər Çinin işğalı zamanı insanlar üzərində aparılan dəhşətli təcrübələrin “şahidləridir”. Laboratoriya ilə birlikdə bunker yaponlar tərəfindən tikilib.

Bunkerin dəqiq yeri diqqətlə gizlədilib və Yaponiya təslim olduqdan sonra məlumatlar itirilib. Əvvəlcə bu məkanda aparılan tədqiqatlar ictimai səhiyyə ilə bağlı olsa da, sonradan təcrübənin əhatə dairəsi genişlənib.

Japanese Unit 731 staff carrying a body from one of the unit's facilities.

Xüsusilə, gizli bunker əsir götürülən çinlilər, koreyalılar, amerikalılar və sovet xalqları üzərində dəhşətli bioloji və kimyəvi təcrübələr yerinə çevrilib. Bunkerin fəaliyyət göstərdiyi bütün dövr ərzində burada qadınlar, uşaqlar və kişilər də daxil olmaqla 12 minə qədər insanın öldüyü barədə məlumatlar var.

Onların hamısı qumbaraatan, bakteriya bombası, alov qurğusu və kimyəvi sınaqların qurbanı olub. Qurbanlar susuzlaşdırılır, fırlanan sentrifuqalarla öldürülür, heyvan qanı vurulur, rentgen şüaları ilə şüalanır, anesteziyasız vivizeksiya edilir və aşağı təzyiqli kameralarda saxlanılır. Burada birə böyüdüb və vəba ilə yoluxub, sonra Çin şəhərləri üzərində təyyarələrdən atılıblar.

Heilongjiang əyalətinin Mədəni Əmanətlər və Arxeologiya İnstitutunun alimləri qismən U formalı strukturu aşkar etməyə müvəffəq olublar. Uzunluğu 33 metr, eni isə 21 metrdir.

Bu yerdə bitişik otaqlar və çıxış tunelləri aşkar edilib. Tədqiqatın ilkin nəticələri uğurlu olduğu üçün onlar qazıntıları davam etdirmək niyyətindədirlər. O cümlədən, laboratoriyaların, müşahidə və meyitlərin müayinəsi otaqlarının, saxlama kameralarının, kazarmaların, qarajların, hamamların, yeməkxanaların və quyuların müəyyənləşdirilməsi uğurla həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Fidan İlqar

Oxşar yazılar