Kral III Çarlzın səhər yeməkləri
12 iyul 2026 10:37 (UTC +04:00)

Kral III Çarlzın səhər yeməkləri

0

Böyük Britaniya kralı III Çarlz günə sadə, lakin qidalı səhər yeməyi ilə başlayır. Mütəxəssislərin sözlərinə görə, monarxın seçdiyi yemək ürək sağlamlığını qorumağa kömək edir, eyni zamanda dəri və beyin fəaliyyətinə də müsbət təsir göstərir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, III Çarlz səhərlər sobada bişirilmiş yumurta, pendir, ispanaq və pomidordan ibarət yeməyə üstünlük verir.

Bu səhər yeməyi zülal, vitamin, mineral və antioksidantlarla zəngin olduğundan sağlam qidalanma baxımından uğurlu seçim hesab olunur.

Keçmiş kral aşpazı Darren Makqreydi bildirib ki, o, vaxtilə həm şahzadə Dianaya, həm də kraliça II Yelizaveta yemək hazırlayıb. Onun sözlərinə görə, III Çarlz hər zaman mövsümi və təzə məhsullardan hazırlanan qidaları seçməyə üstünlük verib. Sobada bişirilmiş yumurta, ispanaq, pomidor və pendirdən ibarət səhər yeməyi isə kralın gündəlik menyusunda tez-tez yer alan yeməklərdən biridir.

Bu səhər yeməyi niyə faydalıdır?

Britaniya Ürək Fondunun məlumatına görə, yumurta yüksək keyfiyyətli zülal mənbəyidir. O, həmçinin B12 və D vitaminləri, eləcə də beyin və sinir sisteminin normal fəaliyyəti üçün vacib olan xolin maddəsi ilə zəngindir.

İspanaq isə A, C və K vitaminləri, fol turşusu və dəmir baxımından zəngin yarpaqlı tərəvəzlərdən biridir. Bu maddələr immun sisteminin möhkəmlənməsinə, qan dövranının yaxşılaşmasına və orqanizmin ümumi fəaliyyətinə müsbət təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, zülal və tərəvəzlə zəngin, balanslaşdırılmış səhər yeməyi gün ərzində toxluq hissini daha uzun müddət saxlamağa, enerji səviyyəsini qorumağa və sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar