Londonluların özlərinin də getmək istəmədiyi  10 məşhur yer
16 iyul 2026 14:02 (UTC +04:00)

Londonluların özlərinin də getmək istəmədiyi 10 məşhur yer

0

Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Londona hər il milyonlarla turist axın etsə də, şəhər sakinlərinin bir qismi məşhur görməli yerlərə heç vaxt baş çəkməyib. Yeni araşdırma göstərib ki, londonluların əksəriyyəti bu məkanlardan turist sıxlığı səbəbindən uzaq durur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, "City Cruises" şirkətinin keçirdiyi sorğuya əsasən, orta statistik London sakini şəhərin ən məşhur turistik məkanlarından ən azı üçünü heç vaxt ziyarət etməyib.

Araşdırmaya görə, londonluların 27 faizi məşhur "London Eye" müşahidə çarxına heç vaxt minməyib. Siyahıda növbəti yerləri "Sky Garden" (24 faiz), "The Shard" göydələni (23 faiz) və London Taueri (23 faiz) tutur.

Sorğu göstərib ki, səbəb maraqsızlıq deyil. İştirakçıların 24 faizi şəhərin görməli yerlərini ziyarət etməyi ən azı üç il təxirə saldığını, 4 faizi isə bunu artıq 10 ildən çoxdur ertələdiyini bildirib.

Respondentlərin 58 faizi isə məşhur məkanlardan uzaq durmalarının əsas səbəbi kimi turistlərin həddindən artıq çox olmasını göstərib.

City Cruises şirkətinin kommersiya direktoru İan Heylz bildirib ki, London dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olsa da, şəhər sakinləri gündəlik həyatın rutininə qapıldıqları üçün yaşadıqları şəhərə turist gözü ilə baxmağı unudurlar. Onun sözlərinə görə, bəzən doğma şəhəri yenidən kəşf etmək insanın ona olan sevgisini də artırır.

Londonluların heç vaxt ziyarət etmədiyi 10 məşhur məkan

London Eye – 27 faiz

Sky Garden – 24 faiz

The Shard – 23 faiz

London Taueri – 23 faiz

Cutty Sark Dəniz Muzeyi – 21 faiz

Big Ben – 20 faiz

Tower Bridge – 20 faiz

Bukinqem Sarayı – 19 faiz

Qrinviç Kral Rəsədxanası – 19 faiz

Kensinqton Sarayı – 18 faiz

Mütəxəssislər qeyd edirlər ki, son illər dünyanın bir çox məşhur turizm şəhərlərində həddindən artıq turizm ciddi problemə çevrilib. Bunun nəticəsində həm turistlər uzun növbələr və yüksək qiymətlərlə üzləşir, həm də yerli sakinlər nəqliyyat sıxlığı, bahalaşma, mənzil çatışmazlığı və ekoloji problemlərdən əziyyət çəkirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar