Məktəbə  açıq-saçıq   geyimdə gəldi: Danlandı
09 iyun 2023 19:57 (UTC +04:00)

Məktəbə açıq-saçıq geyimdə gəldi: Danlandı

Rusiyalı supermodel İrina Şeyk uşağını məktəbdən götürmək üçün açıq-saçıq geyimdə gəlib və internetdə danlanıb. 

Lent.az xəbər verir ki, müvafiq material və şərhlər “Daily Mail” saytında dərc olunub.

Paparazzinin çəkdiyi kadrlarda tünd göy rəngli cins kostyumda və qara uclu hündürdaban çəkmədə olan 37 yaşlı model qızı Leyanı əlindən tutaraq aparıb. Eyni zamanda aşağı belli şalvar məşhurun qarnını açıb, açıq cins gödəkçənin altından isə büstqalterlə örtülmüş sinənin bir hissəsi görünüb. Bundan əlavə, Şeyk saçlarını aşağı salıb və görünüşünü gün eynəyi, həcmli halqa sırğalar və tünd parça kürək çantası ilə tamamlayıb.

İnternet istifadəçiləri modelin xarici görünüşünü tənqid ediblər. İstifadəçilər “Axmaq obraz”, “Qızı belə anasının geyimindən utanır”, “Uşağı məktəbdən götürmək üçün kim belə geyinir?”, “Məşhurlar yaşlandıqca paltarları da az olur”, “Necə ayıbdır” ", "Balaca qızı belə üzünü örtür, anasından xəcalət çəkir", "Dəhşət", "Ört, ört" kimi qəzəbli sözlər yazıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16047
avatar

Oxşar yazılar