Qadın  atasının külündən döymə   etdirdi, illər sonra isə...
17 oktyabr 2025 20:02 (UTC +04:00)

Qadın atasının külündən döymə etdirdi, illər sonra isə...

0

İngiltərədə yaşayan 32 yaşlı Temmi Lant mərhum atasının külündən döymə etdirib. Lakin bir neçə ildən sonra qadın döyməsində qəribə dəyişikliklər müşahidə edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir neçə il sonra Temminin qolundakı döymənin üzərində kiçik bərk bir dəri hissəsi yaranıb.

Həkimlər ona sadəcə müşahidə etməyi tövsiyə ediblər. Məlum olub ki, onun bədəni külə qarşı reaksiya verir.

Qıcıqlanmış hissənin şəklini böyüdəndə onun kiçik ürək formasına bənzədiyini fərq edib. “O an düşündüm ki, sanki atam mənə “artıq məni burax” deyir”, - qadın bildirib.

Bu hadisə ona atasının rahat yerdə olduğunu və artıq kədərdən azad olmağın vaxtı çatdığını anladıb.

Temmi həmin hissəni hələ də silməyib və “orada olması mənim üçün təsəlli verir” deyib. O, nəticənin qeyri-adi olmasına baxmayaraq, “yenidən fürsət olsa, eyni şeyi edərdim” söyləyib.

Temmi Lant bu hekayəsini TikTok-da paylaşdıqdan sonra video 370 min baxış toplayıb və bir çox izləyici onun bu duyğusal hekayəsi ilə özünü eyniləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar