Qadınlar ona  ikrahla   baxır, kişilər isə...
26 may 2023 01:13 (UTC +04:00)

Qadınlar ona ikrahla baxır, kişilər isə...

Mandi Blankonun “Instagram”da bir milyona yaxın izləyicisi var və özünü "Xəyalların qızı" adlandırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Luizianadan olan 25 yaşlı model bədənini tamamilə dəyişib. Çox cəlbedici alınıb - nazik bir bel, böyük bud və sinənin birləşməsi.

Kişilər Mendinin formasına heyran olduqlarını gizlətmirlər. Amma qadınlar qıza ikrahla baxır, onun formasını açıq şəkildə karikaturaya saldığını düşünürlər.

Bu sarışın haqqında çox az şey məlumdur. Qızın qlamuru sevdiyini görmək asandır. O, evli deyil. Onun boyu 170 santimetr, çəkisi 78 kiloqramdır.

Təxribatçı model artıq təxminən 700 min dollar qazanmağı bacarıb. Təəccüblü deyil, çünki onun “Instagram”da bir milyona yaxın izləyicisi var.

Sosial şəbəkənin parlayan ulduzu obrazı ilə bağlı müxtəlif şərhlərlə qarşılaşır. Bəzən ən xoşagəlməz fikirlər də yazırlar. Ən əsası isə modelin öz bədənində özünü yaxşı hiss etməsidir.

Mendi Blankonun fiquru haqqında siz nə düşünürsünüz?


 

# 3336
avatar

Oxşar yazılar