Qızıl təqvim  - milyonerlərinin doğulduğu  6 gün
06 may 2026 18:27 (UTC +04:00)

Qızıl təqvim - milyonerlərinin doğulduğu 6 gün

0

Doğum gününün insan həyatına təsiri düşündüyümüzdən daha böyük ola bilər. Yalnız xarakter xüsusiyyətlərini və təbii istedadları deyil, eyni zamanda maliyyə uğuruna meyli də göstərə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, ayın bəzi günlərində doğulan insanlar həyatları boyunca maddi rifaha daha çox nail ola bilirlər.

Sərvət gətirdiyi deyilən doğum günləri

Araşdırmalara görə, aşağıdakı 6 tarix maliyyə uğuru ilə əlaqələndirilir:

1 və 4-cü günlər

Ayın 1-də doğulan insanlar adətən müstəqil, lider ruhlu və uzaqgörən olurlar. 4-də doğulanlar isə intizamlı, etibarlı və zəhmətkeş kimi seçilirlər. Bu xüsusiyyətlər onların uğur qazanmasına kömək edir.

7 və 9-cu günlər

Bu tarixlər şans və uğurlu nəticələrlə əlaqələndirilir. 7-də doğulanlar analitik düşüncəli və güclü intuisiya sahibidirlər, lakin uğur üçün diqqətli və fokuslanmış olmalıdırlar.

9-da doğulanlar isə empati qabiliyyəti ilə seçilir və bəzən gözlənilməz yollarla, məsələn, miras və ya əlavə gəlirlər vasitəsilə pul əldə edə bilirlər.

18 və 19-cu günlər

Numeroloqlara görə, bu günlərdə doğulanların milyonçu olmaq ehtimalı daha yüksəkdir. 18-də doğulanlar ambisiyalı, strateji düşüncəli və liderlik qabiliyyətinə malik olurlar. Onlar komandaları idarə etməkdə və insanları motivasiya etməkdə uğurludurlar. 19-da doğulanlar isə müstəqilliyə can atır, risk etməkdən qorxmur və yaradıcı yanaşmaları ilə seçilirlər.

Numerologiya bu məlumatı necə izah edir?

Numerologiya insanın özünü tanımasına kömək edən bir vasitə kimi təqdim olunur. Bu yanaşmaya görə, doğum tarixi insanın təbii xüsusiyyətlərini və potensial imkanlarını ortaya qoyur.

Mütəxəssislər bildirir ki, hər bir tarix özünəməxsus enerji daşıyır və bu enerji insanın həyatına və seçimlərinə təsir edə bilər. Bununla belə, numerologiya taleyi tam müəyyən etmir, sadəcə potensial istiqamətləri göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar