Saatlarla evi təmizləyir,  qab-qacaq yuyur   – Bekhemdən ETİRAF
28 aprel 2023 19:15 (UTC +04:00)

Saatlarla evi təmizləyir, qab-qacaq yuyur – Bekhemdən ETİRAF

Devid Bekhem psixi pozuntuya görə bütün ailə yatdıqdan sonra saatlarla evi təmizləyir. 

Lent.az “Daily Mail”ə istinadla xəbər verir ki, İngiltərə yığmasının keçmiş kapitanı bioqrafik seriyanın yeni epizodunda bu haqda danışıb.

47 yaşlı Bekhem təmizlik həvəsinin obsesif-kompulsif pozğunluqdan qaynaqlandığını etiraf edib və ömrünün uzun illəri bununla mübarizə aparır. Onun sözlərinə görə, digər ailə üzvləri yatarkən saatlarla evdə təmizlik aparır və qab-qacaq yuyur.

“Səhər aşağı enib stəkanları, boşqabları və bildiyiniz kimi, təmizlənməmiş qabları görməyə nifrət edirəm. Hər şamın ətrafında dolaşmaq, onu təmizləmək yorucudur. Şam mumunu kəsirəm, şüşəni təmizləyirəm. Bu yanma izləri mənim ən sevdiyim vəsvəsədir. Qəribə olduğunu bilirəm”, - Bekhem vurğulayıb.

Keçmiş futbolçunun davranışlarına baxmayaraq, həyat yoldaşı Viktoriya Bekhem ərini ideal hesab edir. Yeni bölümdə o, ərini əmin etdi ki, onun evi təmizləməkdə göstərdiyi səyləri yüksək qiymətləndirir.


 

# 1623
avatar

Oxşar yazılar