Sədaqət və xəyanət genetik ötürülürmüş
02 iyul 2022 14:39 (UTC +04:00)

Sədaqət və xəyanət genetik ötürülürmüş

Heç demə, sevgi kimi, sədaqət, vəfa duyğularına da hormonlar səbəb olurmuş.

Bəzi insanların vəfasızlığı onlardan asılı deyil. Onlar nəfslərinin yox, hormonal proseslərin quluna çevrilirlər. 

Mütəxəssislərin fikrinə görə, sevginin davamlılığını təmin edən serotonin, vazopressin və oksitosin molekullarıdır. 

Oksitosin, sevdiyimiz bizə toxunduğunda, ya da biz ona toxunduğumuzda kimyəvi reaksiyaları başladan bir molekuldur. Hipofiz vəzində ifraz olunur.
 
Vazopressin hormonunun sintez olunmasına səbəb RS3-334 geni məsuldur və bu genin aktiv fəaliyyəti zamanı vazopressinin miqdarı da çoxalır. Belə insanlar çox sədaqətli olurlar. Başqa sözlə desək, sədaqət və sədaqətsizlik, xəyanət və xainlik də genetikdir, genlə ötürülür. 

İnsanın ətrafdakı insanlara və ya nələrəsə duyduğu hisslərə oksitosin cavabdehdir. Bir insan çox mərhəmətli, çox insanpərvərdirsə, oksitosini çoxdur. 

Soyuqqanlıdır, sevgi duyğuları kasaddırsa, yenə də oksitosinin yoxluğundandır. 

Beyində cinsi davranışları təmin edən əsas anadangəlmə proqramların mərkəzləri hipotalamus və amiqdaladır. 

Amiqdala bu sistemdə tormozlayıcı rol oynayır, cinsi davranışın ifrat formada yaranmasının qarşısını alır. Əgər hansısa səbəbdən (şiş, insult və s.) amiqdalanın fəaliyyəti pozularsa, bu zaman insanda seksual manyaklıq dediyimiz hal yaranır. 

# 1752
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar