Siam əkizləri: Kəmərlə döyülən, pulları alınan bacıların HƏYAT HEKAYƏSİ
02 mart 2023 16:16 (UTC +04:00)

Siam əkizləri: Kəmərlə döyülən, pulları alınan bacıların HƏYAT HEKAYƏSİ

0

Hilton bacıları, baxıcıları tərəfindən əyləncə sənayesində işləməyə məcbur edilən ingilis əsilli Siam əkizləri idi. Bu vəziyyətləri onları nə təzyiq altında saxladı, nə də ki, qaranlıqda. Onlar birlikdə Böyük Britaniya və ABŞ-ı gəzdilər.

Lent.az siam əkizləri haqqında məlumatı təqdim edir:

Xüsusi qızların doğulması... 

Daisy və Violet Hilton 1908-ci il fevralın 5-də Brightonda anadan olublar. Onlar doğulandan eyni qan dövranı sisteminə və birləşmiş çanaq sümüyünə sahib idilər. Lakin heç bir orqanı paylaşmamışdılar. 

Onların vəziyyəti çox da pis deyildi. Məlumatlara görə, Sussex Tibb və Cərrahiyyə Cəmiyyəti cərrahi olaraq bu əkizləri ayrılmağı düşünürdü. Amma bir məqam vardı,  prosedurun körpələrdən birini və ya hər ikisini öldürəcəyini bilirdilər. Elə bu səbəbdən onları ayırmadılar.

Qızların anası Kate Skinner subay idi və onların doğulmasını Tanrının cəzası hesab edirdi. Lakin qadını işəgötürən Meri Hilton əkizlərdə kommersiya perspektivləri görüb və onları anasından aldı. Daha sonra Meri Hilton əkizləri Brighton meyxanalarında nümayiş edərək, tamaşaçılardan əkizlərə nümayiş etdirib bu formada pul qazandı. Hətta onlara toxunmaq üçün əlavə vəsait ödəmək lazım idi. O, həmçinin onların fotoşəkilləri olan açıqcalar da satmağa başladı.

Çox vaxt bacılar rəqs edib mahnı öyrənməli olurdular. Amma həyat onlara çox da yaxşı davranmadı. Çünki istənilən itaətsizliyə görə bacılar kəmərlə cəzalandırılırdılar. 

Meri ilk dəfə 1911-ci ildə Hilton bacılarını qastrol səfərinə çıxararaq, onların özünəməxsusluğunu nümayiş etdirdi. Almaniya və Avstraliyanı gəzdikdən sonra onları ABŞ-dakı şouya gətirmək qərarına gəldi. Əvvəlcə "sağlamlığına görə yararsızlıq" səbəbiylə ölkəyə buraxılmamasına baxmayaraq, media təzyiqi hakimiyyəti əkizləri ölkəyə buraxmağa məcbur etdi.

Qızlara nəzarət edən qadın onların gəlirlərini də ələ almışdı. Yəni əkizlər öz çıxışlarına görə, heç vaxt heç nə almırdılar. 1926-cı ildə Bob Hopps əkizlərin ifa etdiyi “Dancemedians” qrupunu yaratdı.

Tərbiyəçi Meri öldükdən sonra qızı Edit və əri bacıların qayğısına qaldılar. Əkizlərə qarşı pis rəftar yenə dayanmadı. Hilton bacıları sanki əsirlikdə idilər və xəstəxanaya getmək təhlükəsi altında yaşayırdılar. Əkizlərin dünya ilə əlaqəsi həmişə idarə olunurdu.

Amma onların bacarıqlarına görə dünyadan təcrid etmək mümkün deyildi. Beləliklə, Daisy və Violet sehrbaz Harry Houdini ilə dost oldular, o, onların çətin vəziyyətlərini öyrəndikdən sonra əkizləri əsrlikdən qurtulmağa çağırdı. 

Beləliklə, 1931-ci ildə onlar müqaviləni pozdular. Və 100.000 dollar ödəniş aldılar. Təəssüf ki, bu, bacıların illər ərzində qazandıqlarının yalnız kiçik bir hissəsi idi.

Bacılar çox şey etməyi bilirdilər: Daisy mahir skripkaçı idi, Violet isə saksafonda çalırdı. Bacılar təkbaşına Hilton Sisters Revue adlı qrupda çıxış etdilər. Daisy saçlarını sarıya boyadı və izləyicilərin onları ayırd etmələrini asanlaşdırmaq üçün cütlük fərqli paltarlar geyinməyə başladılar. 

Şəxsi həyatları...

Bacıların şəxsi həyatları da keşməkeşli idi. Violet musiqiçi Maurice Lambert ilə münasibət qurmağa başladı. Cütlük münasibətlərini qanuniləşdirməyə çalışsa da, "kobud ədəbsizliyə görə" bundan vaz keçdilər. Violet 1936-cı ildə aktyor Ceyms Murla evlənməyi bacardı. Cütlük mərasimdə iştirak etmək istəyənlərdən qonorar aldı. Əkiz bacılardan digəri də evli idi. Lakin onun rəqqasə ilə evliliyi cəmi 10 gün davam etdi.

Hilton bacıları həyatları boyu iki filmdə rol alıblar. Birincisi 1932-ci ildə "Freaks", ikincisi isə bioqrafik "Həyat üçün Zəncirlənmiş" (1951) idi. Sonuncu film öz həyatlarına əsaslanırdı, lakin əkizlərin həyatları açıq şəkildə istismar edilirdi. Və bacılar tez-tez hər iki filmin nümayişində görünürdülər. Lakin Hilton əkizlərinin populyarlığı azaldı.

Bacıların kənar dəstəyə ehtiyacı var idi. Və onlar Şimali Karolinada Morrisin geyim imperiyasını idarə edən Charlotte'li Philip Morris ilə işləməyə getdilər. Onlar üçün şou hazırlamağa çalışsa da, əkizlərə maraq yox idi. Bacılar sonuncu dəfə 1961-ci ildə ictimaiyyət qarşısına çıxdılar. Layiqli qazanc əldə etməyən menecer bacıları tərk etdi. Dolanışığını təmin etmək üçün ömürlərinin sonuna qədər orada satıcı kimi işləməyə məcbur oldular.

Birlikdə gəldi, birlikdə getdi...

1969-cu il yanvarın 4-də polis həyat əlamətləri olmayan bacıları evlərində tapdı. Məhkəmə tibbi ekspertizası ölümə Honq-Konq qripinin səbəb olduğunu göstərib. Məlumata görə, bacılardan ilk Daisy həyatını itirib, bir neçə gün sonra isə bacısı onu tərk etdi.

Bacıların həyatından bəhs edən filmlər çəkilib, səhnələşdirilib. Onların heç də hamısı əkizlərin həyatını dəqiq əks etdirmirdi. "İyirmi barmaq, iyirmi barmaq" filmi yalnız yarı həqiqət idi. Süjet onların menecerlərinin bacıları əməliyyatla ayırmaq cəhdi ilə bağlı uydurma hekayə ilə zənginləşdirilmişdi. Yalnız 2012-ci ildə yayımlanan “Siam Əkizləri” sənədli filmi bacıların həyatının əslində necə olduğunu göstərdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4888

Oxşar yazılar