Təyyarədə qulaqların tutulmasının  qarşısını almağın EFFEKTİV YOLU
16 iyul 2025 11:41 (UTC +04:00)

Təyyarədə qulaqların tutulmasının qarşısını almağın EFFEKTİV YOLU

Yayda bir çoxumuz səyahətə çıxırıq. Təyyarə ilə uçmaq maraqlı olsa da, uçuş zamanı qulaqların tutulması bir çox insan üçün narahatlıq yaradan problemdir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, həkim bu vəziyyətdən asanlıqla qurtulmağın yollarını izah edib.

Qulaq niyə tutulur və necə kömək etmək olar?

Tanınmış tibb məsləhətçisi və TikTok-da 500 mindən çox izləyicisi olan həkim Maykl bu barədə deyib:

“Uçuş zamanı qulaqların tutulması çox yayılmış haldır və narahat olmağa dəyməz. Bu, burnunuzun arxa hissəsini daxili qulaqla birləşdirən borunun – yəni östaki borusunun təzyiq fərqinə cavab olaraq davranması ilə bağlıdır".

Maykl bildirir ki, uçarkən eşidilən “çıt” səsləri də məhz həmin borudan qaynaqlanır – o, daxili qulaqdakı təzyiqi xarici atmosferlə tarazlaşdırır.

Nə etməli?

Ağızı gen açmaq

Udqunmaq

Burnu tutaraq, burnun içindən hava verməyə çalışmaq

Bu üsullar təzyiqin tənzimlənməsinə və qulağın açılmasına kömək edir.

Bəs bu üsullar işə yaramırsa?

Əgər yuxarıdakı metodlar kömək etmirsə və ya vəziyyəti daha da ağırlaşdırırsa, östaki borusunda disfunksiya ola bilər. Bu, adətən soyuqdəymə, öskürək və ya burun tutulması zamanı baş verir – boru bağlanır və təzyiq tarazlaşa bilmir.

Qulaq tutulmasının qarşısını əvvəlcədən almaq üçün həkimdən məsləhətlər

Evkalipt yağı ilə buxar

Bir neçə damcı evkalipt yağını qaynar suya əlavə edin, sonra buxarın buruna dolmasına icazə verin. Bu östaki borusunun açılmasına kömək edə bilər.

Nazal (burun üçün) steroid spreyi

Daha uzunmüddətli qoruma istəyənlər üçün həkim uçuşdan bir neçə gün əvvəl nazal steroid spreyindən istifadə etməyi tövsiyə edir.

“Hər buruna gündə iki dəfə bir dəfə püskürtün. Bu prosesi uçuşdan 3-4 gün öncə başlamaq lazımdır”.

Bu məsləhətləri tətbiq etməklə təyyarədə narahatlıqdan qurtulmaq və daha rahat səyahət etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar