Yaponlar ayaq üstə yatmaq üçün xüsusi kapsul hazırladılar
04 sentyabr 2023 18:17 (UTC +04:00)

Yaponlar ayaq üstə yatmaq üçün xüsusi kapsul hazırladılar

0

Yaponların yuxu mədəniyyəti barədə yəqin çoxunuz eşitmisiniz. Dünyanın başqa ölkələrindən fərqli olaraq Yaponiyada iş vaxtı yatmaq tənbəllik yox, çalışaqanlıq əlamətidir. İşverənlər işdə yatan adamı çox işləyib yorulmuş kimi qiymətləndirirlər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yuxuya xüsusi hörməti olan xalqın nümayəndələri yatmaq üçün xüsusi kapsullar hazırlayıblar. 

Kənardan soyuducuya bənzəyən bu kapsullardan iş yerində ayaq üstə yatmaq üçün istifadə olunacaq. Yəqin çox keçməz ki, bu kapsullardan almaq hər iş yeri üçün zərurətə çevriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2897

Oxşar yazılar