Yaşlandıqca niyə vaxt daha sürətlə "uçur"?
03 iyun 2025 15:57 (UTC +04:00)

Yaşlandıqca niyə vaxt daha sürətlə "uçur"?

Kanzas Universitetinin amerikalı alimləri zamanın monotonluq və ya rutinliyə görə yaşlandıqca sürətləndiyinə dair məşhur inamı təkzib ediblər. Alimlər müəyyən ediblər ki, zamanın qavranılması baş verən hadisələrin sayından deyil, həyatdan məmnunluqdan asılıdır.

Lent.az-ın məlumatına görə, alimlər sübut ediblər ki, əsl səbəb dərin şəxsi inkişafda və həyatdan məmnunluqdadır. 2500 nəfərin iştirak etdiyi və dörd eksperimentdən ibarət tədqiqatın nəticələri “Personality and Social Psychology Bulletin” jurnalında dərc olunub.

Məlum olub ki, həyatın məna, böyümə və nailiyyətlərlə dolu dövrləri subyektiv olaraq keçici kimi qəbul edilir, daha monoton dövrlər isə mütləq daha qısa görünmür. Tədqiqatın müəllifləri bir paradoksu qeyd ediblər: insanlar mənalı fəaliyyətlərdə fəal iştirak etdikdə, zamanın daha sürətli getdiyini hiss edirlər.

Alimlər bu fenomeni izah etmək üçün iki nəzəriyyə irəli sürüblər. Birincisi, intensiv fərdi inkişafın diqqəti zamanın keçməsindən yayındırdığını bildirən böyümə-immersion nəzəriyyəsidir. İkincisi böyümə-nostalji fərziyyəsidir ki, geriyə baxdıqda mühüm dövrlər nostalji hisslər doğurur, onları çox tez keçibmiş kimi göstərir.

Ən əsası, statistik təhlillərə görə, hadisələrin sayı deyil, həyatdan məmnunluq zamanın keçməsi hissini daha yaxşı proqnozlaşdırır. Deməli, zamanın uçması hissi boşluq əlaməti deyil, yaşanan anların dərinliyinə, mənasına dəlildir. İllərin sürətlə keçməsinə kədərlənmək əvəzinə, bunu dolğun və inkişaf edən bir həyatın əlaməti kimi qəbul etməyə dəyər.

“Vaxtın uçması hissi həyatınızın zəngin və inkişafda olduğunun göstəricisidir” deyə tədqiqatçılar yekunlaşdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar