Neçə illərdir itlərə dondurma vermək dünyada dəb halını alıb. İsti havada isə hətta insanın dördayaqlı dostuna buzlu su, bəzən də eləcə buz verən tapılır.
Lent.az xəbər verir ki, avropalı ekspertlər bunun qətiyyən doğru olmadığı qənaətindədirlər. İtlər temperatur fərqinə çox həssasdır, istiliyə isə dözmür. Ona görə də itləri çox isti havada gəzintiyə çıxarmaq olmaz. Qızmar havada isə onlara sərin su verilməlidir. Soyuq su heç bir halda olmaz.