Yuyucu toz necə yaranıb?
03 oktyabr 2025 14:23 (UTC +04:00)

Yuyucu toz necə yaranıb?

0

Müasir evdar qadınların həyatında ağıllı məişət texnikası və keyfiyyətli kimyəvi vasitələr mühüm rol oynayır. Onlar gündəlik işləri xeyli asanlaşdırır. Maraqlıdır ki, bu gün istifadə etdiyimiz bəzi yuyucu vasitələrin tarixi 100 ildən çox əvvələ gedib çıxır.

İlk yuyucu toz necə və kim tərəfindən yaradıldı?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qədim zamanlarda qadınlar paltarları təmizləmək üçün təbii qələvi maddələrdən (məsələn, kül qələvisi) və sabon kökündən istifadə edirdilər. Sabun hazırlamaq üçün isə əlavə olaraq heyvan yağı götürülürdü.

Uzun illər qadınlar yalnız sabunla və əl ilə paltar yuyurdular. Nəhayət, 1876-cı ildə alman kimyaçı Frits Henkel ilk dəfə Bleich Soda adlı vasitəni təqdim edib. Onun tərkibinə soda və natrium silikatı daxil olub. Ucuz qiymət və rahat qablaşdırma bu məhsulu sürətlə məşhurlaşdırdı və müəllifinə böyük gəlir qazandırıb.

Bir il sonra Ernst Siglin və Richard Tompson təcrübə yolu ilə sabon tozu hazırlayıblar. Beləliklə, sabun artıq toz formasında istifadə olunmağa başlayıb.

Henkel isə bu dövrdə şirkətini genişləndirərək 1907-ci ildə dünyaca məşhur Persil yuyucu tozunu bazara çıxarıb. O, ilk dəfə avtomatik paltaryuyan maşınlar üçün nəzərdə tutulub.

Fermentli tozların yaranması

1914-cü ildə kimyaçı Otto Rem fermentlərdən istifadə etməklə yeni növ toz ixtira edib. Onlar bioloji ləkələri  süd, qan, yağ və ot izlərini parçalaya bilib. Lakin bu toz yalnız soyuq suda həll olunub: 5 dərəcədən yuxarı temperatur fermentlərin təsirini məhv edib.

1915-ci ildə isə ilk fermentli yuyucu toz britaniyalı “Lux” satışa çıxıb. O, əsasən ağ paltar və alt geyimlərin təmizlənməsində istifadə olunub.

Sintetik tozların dövrü

I Dünya müharibəsi illərində təmizləyici vasitələrə tələbat artıb, amma xammal çatışmazlığı olub. 1916-cı ildə ilk dəfə sintetik toz yaradılıb, amma yalnız sənaye sahələrində istifadə edilib.

Yalnız 1933-cü ildə ABŞ-da “Dreft” markası altında ilk məişət üçün sintetik toz istehsal edilib. SSRİ-də isə belə məhsullar satışa yalnız 1953-cü ildən çıxarılıb.

Müasir mərhələ – maye vasitələr

2000-ci illərdə yuyucu toz istehsalında yeni dövr başlanıb. İlk maye yuyucu vasitələr meydana gəlib. 2010-cu ildən etibarən isə sulu yuyucu gellər ənənəvi tozların populyarlığını üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar