“Bu festivalı tərəqqi adlandırardım” – FOTO
"Gənclərin II Ümumrespublika Teatr Festivalı"na ssenari qəbulu artıq başa çatdırılıb, ssenarilər səhnələşdirilmək üçün komandalara paylanılıb. Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalın təmsil olunan “Simsar” komandasının rejissoru Sabir Məmmədov ötən il qatıldığı festivaldan danışıb: “Keçən il mən festivalda aktyor qismində iştirak etmişdim. Düzdür, iştirak etdiyim tamaşa yer tutmadı, amma, bununla belə festivalda iştirakdan çox məmnun qaldım. Həddən artıq maraqlı, xoş anlar yaşadıq. Vətənpərvərlik mövzusuna həsr olunmuş o festival gözəl təəssüratlarla yadımda qaldı. Yaradıcılıq düşərgələrində olduq, həmkarlarımızla mədəni mübadilələrdə iştirak etdik. Bizə öz yaradıcılıq imkanlarımızı ortaya qoymaq üçün hər cür şərait yaradılmışdı”.
Festivala bu dəfə rejissor kimi qatılan Sabir Məmmədov keçirilən festivalı gənclərin uğuru hesab edib: “Bir gənc olaraq bu festivalı tərəqqi adlandırardım. Gənclər üçün qapılar açılır. Gənclərin bir-biri ilə tanış olması, yaradıcılıq imkanlarını paylaşması, mübadilə etməsi-bütün bunlar gəncliyə dəstək deməkdir”.
Təqdim edəcəkləri tamaşanı “Müdaxilə” adlandırdıqlarını söyləyən gənc rejissor festivala uğurla hazırlaşdıqlarını deyib: “Mən rejissor olaraq fikrimi fərqli yozumla çatdırmağa çalışacağam. Festivalın bir məqsədi də ekologiya ilə bağlı olan problemləri tamaşaçıya çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Əminəm ki, rejissor və komanda olaraq “Müdaxilə”miz uğurlu alınacaq. Məncə qalib olmaq şərt deyil, əsas odur ki, belə bir gözəl festivalın iştirakçısı olasan. Hər kəsi bu tamaşaya baxmağa dəvət edirəm və bir daha Gənclərin II Ümumrespublika Teatr Festivalının təşkilatçılarına təşəkkür edirəm. Bir gənc olaraq bu festivalın daimi olmasını arzulayıram, çünki gənclər bu dəstəkdən çox ruhlanırlar”.
Qeyd edək ki, layihənin ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. İnformasiya dəstəyi Lent.az İnformasiya Agentliyinə, Guney.az xəbər portalı və Araz FM radiosuna məxsusdur.

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10