Flora Kərimova rok oxuyacaq
Xalq artisti Flora Kərimova yaradıcılığında yenilik edib. Bu barədə Lent.az-a məlumat verən, xalq artisti deyib ki, ilk dəfə olaraq, rok janrında yazılan mahnı səsləndirəcək. Müğənni bildirib ki, o, hazırda mahnının sözlərini öyrənir: “Mahnının sözləri o qədər xoşuma gəldi ki, imtina edə bilmədim. İnanıram ki, bu, mənim ifamda uğurlu alınacaq. Mahnı ilk ağlınıza gələn başa, gözə döyən, dinamik hərəkətlər tələb edən rok deyil. Bu, sakit bir musiqi olacaq”.
Xalq artisti bildirib ki, yaxın günlərdə dinləyicilərin istifadəsinə veriləcək mahnını gənc müğənni Ramal Rəsulla duet oxuyacaq. Mahnının sözləri və musiqisi isə Tural Bakuviyə aiddir.
Flora Kərimova deyib ki, qısa müddətlik ölkəni tərk edəcək. O bildirib ki, buna səbəb bir neçə ildir, kifayət qədər istirahət edə bilməməyidir.
Jalə

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37