Xanəndəmiz 866 musiqiçi arasından seçildi
0
0
Tanınmış xanəndə Qoçaq Əsgərovun Avropaya qastrol səfəri davam edir. Lent.az-ın məlumatına görə, bir neçə gün öncə Hollandiyanın Amsterdam və Utrix şəhərlərində konsertlər verən xanəndə Yunanıstana üz tutub. Xanəndə yüzlərlə ifaçı arasında 6-lığa düşən finalçılarla birgə “Üomex” festivalında birgə çıxış edəcək.
Qoçaq Əsgərov bildirib ki, 866 musiqiçi arasında əvvəlcə 33 nəfər, sonra isə əsas 6 nəfər iştirakçı müəyyən edilib: “Həmin şanslılardan biri mən oldum. Müsabiqəyə 7 nəfərdən ibarət münsiflər heyəti baxır. Onlar çox məşhur və peşəkar musiqiçilərdir. Onları “7 samuray” adlandırırlar. Onlardan biri BBC-də “Dünya musiqi yolları” verilişinin aparıcısı Dusi Durandır. O, Alim Qasımovu Azərbaycan muğamının kralı, məni isə gənc şahzadəsi adlandırıb. Hollandiyadakı konsertimizin keçirilməsində də, onun rolu var. O, UNESCO-nun eksperti Sənubər Bağırova ilə yazışaraq, festivaldan öncə həmin iki konserti planlaşdırıb”.
Xanəndə bildirib ki, oktyabrın 21-də olacaq çıxışından öncə Azərbaycan və xanəndənin özü haqqında 15 dəqiqəlik çarx yayımlanacaq. Bu, həm də bütün iştirakçılar üçün nəzərdə tutulub. Festival başa çatandan sonra həmin 6 iştirakçı haqqında sənədli film çəkiləcək. Xanəndəni bu konsertdə də tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, balabanda isə Coşqun müşayiət edəcəklər.
Jalə