Tehranda Qarabağ haqqında kitab işıq üzü görüb
Tarixçi alim Pərviz Zare Şahmirzənin “Qarabağnamə: qədim dövrdən müasir dövrədək” elmi əsəri Tehranda fars dilində təkrar nəşr olunub.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, mühüm tarixi faktlar və arxiv sənədləri əsasında yazılmış 625 səhifəlik kitabda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin tarixi, müasirliyi, reallıqları, qədim mədəniyyəti, el adətləri və s. məsələlərdən bəhs olunur. Dağlıq Qarabağ və ona bitişik ərazilərin təcavüzkar Ermənistan tərəfindən zəbt olunması və bu gün də işğalda saxlanılmasının siyasi səbəb və məqsədlərini təhlil edən müəllif yazır ki, ermənilərin bu bölgəyə köçürülməsinin əsasını böyük dövlətlərin regiondakı səngiməyən maraqları təşkil edib.
Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan tərəfinin səy göstərdiyi sülh yolu ilə həll olunmasına mane olan əsas amil Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsi və bölgədə toqquşan siyasi maraqlardır.
Kitabda Qarabağ bölgəsində doğulmuş azərbaycanlı tarixi şəxsiyyətlərin, Azərbaycan ordusunun hərbçilərinin, buradakı qədim mədəniyyət abidələrinin və s. fotoşəkilləri də yer alıb.
Əsərin yazılmasında beş yüzdən çox tarixi mənbədən və rəsmi sənəddən istifadə olunub. Kitabdakı bütün məqamlar Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu təsdiq edir və tədqiqatçılar üçün mühüm mənbədir.

Oxşar yazılar

Yazıçı Vidadi Babanlı vəfat etdi
16 avqust 2025 , 15:50
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37
Şəmistan Əlizamanlının yeni marşı çıxdı -VİDEO
13 avqust 2025 , 13:49"... şərtləri qəbul edərlərsə, gələrəm" - Cahangir Novruzovla MÜSAHİBƏ
11 avqust 2025 , 13:03