Fransa səfirliyində rəəsam Ülviyyə Həmzəyevanın əsərləri sərgilənib
22 oktyabr 2012 22:55 (UTC +04:00)

Fransa səfirliyində rəəsam Ülviyyə Həmzəyevanın əsərləri sərgilənib

Fransanın Bakıdakı səfirliyində Naxçıvan Muxtar Respublikası Rəssamlar ittifaqının sədri Ülviyyə Həmzəyevanın əsərlərindən ibarət sərginın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Paskal Monye sərginin keçirilməsinin simvolik olduğunu bəyan edib: «Naxçıvan incəsənəti Azərbaycan incəsənətinin ayrılmaz hissəsidir. Bu sərgi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına xidmət edəcək».

P. Monye bəyan edib ki, Azərbaycan və Fransa arasında həm siyasət, həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində əla münasibətlər yaranıb. «Biz bu münasibətləri daha da inkişaf etdirmək fikrindəyik», deyə o vurğulayıb.

Səfir azərbaycanlı rəssamların istedadına heyran olduğunu bildirib: «Sentyabrda mən Ü.Həmzəyevanın əsərləri ilə tanış oldum və şəkillərdəki rənglərin gözəlliyinə vuruldum. Ona görə biz onun əsərlərinin sərgisini birinci keçirməyi qərara aldıq».

Sərgidə rəssamın təxminən 25 əsəri nümayiş etdirilir.

Ülviyyə Həmzəyeva 1982-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 2005-ci ildən Naxçıvan Dövlət Universitetində rəssamlıq və incəsənət tarixindən dərs deyir.

2008-ci ildə «Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı» fəxri adına layiq görülüb. 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Ülviyyə Həmzəyevanı «Azərbaycan Respublikasının Əməkdar Jurnalisti» fəxri adına layiq görüb. 2011-ci ildə Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar İttifaqının sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2101

Oxşar yazılar

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31